Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
08 iyul 2025 15:03 (UTC +04:00)

Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək

Sabah Balakən rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində 160 mm və 225 mm-lik yeraltı ortatəzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində 325 mm-lik ortatəzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan ortatəzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla, Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali abonenti və 258 qeyri-əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256

Oxşar yazılar