Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, yoxlamalar zamanı polis əməkdaşları 500-dən çox xarici vətəndaşı sənədlərini yoxlamaq üçün idarəyə gətiriblər.
Rusiyaya gəlmə və qalma qaydalarını pozduqlarına görə 30-dan çox şəxs inzibati məsuliyyətə cəlb edilib və ölkədən çıxarılıb.
Həmçinin yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan xarici vətəndaşı aşkar ediblər.