Sevgidən qorxmağın  kökündə nə dayanır? - Psixoloqdan AÇIQLAMA
08 iyul 2025 17:20 (UTC +04:00)

Sevgidən qorxmağın kökündə nə dayanır? - Psixoloqdan AÇIQLAMA

"Sevgi müxtəlif formalarda, dərinliklərdə və intensivlikdə ola bilər. Bəziləri vurğunluqdan özlərini itirirlər, digərləri isə sevgidən iflic edici dərəcədə qorxurlar. İlk uçurum sevgi manyası adlanır, yəni hisslər insanı bürüyür və yaxın insanı itirmək qorxusu obsesiyaya çevrilir. İkinci uçurum isə filofobiyadır, yəni sevgidən qorxmaq, bu qorxu insana real münasibətlər qurmağa mane olur", – psixoloq Forbes üçün yazdığı məqaləsində qeyd edir.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, bu iki forma emosional spektrin ifrat nöqtələrini əks etdirir. Və bunlar insanın daxili təbiəti barədə çox şey deyir:

Sevgi manyası

Belə bir insan aşırı sahiblənici olur, emosional baxımdan dalğalanmalar yaşayır və daim tərk edilməkdən qorxur. Onlar daim öz əhəmiyyətlərinin təsdiqini axtarır, özlərinə güvənsizlik hiss edirlər və hissləri coşqundan dağıdıcı qısqanclığa qədər dəyişir. Bu insanlar münasibətlərinin qeyri-sabit olduğunu dərk edirlər, amma yenə də hisslərinə təslim olurlar.

Filofobiya

Bəzi insanlar üçün yaxın münasibət fikrinin özü belə panik reaksiyaya səbəb olur. Bu, sevgi manyasının əksidir. Burada insan emosional yaxınlıqdan qaçmaq istəyir. Filofobiya vurulmaqdan və ya emosional bağlılığa düşməkdən irrasional və davamlı bir qorxudur.

Bu, sadəcə tərəddüd deyil, daha çox travmatik uşaqlıq təcrübələri, rədd edilmə və ya tərk olunma ilə bağlı yaranan güclü narahatlıqdır. Əslində filofobiya ehtimal edilən ağrıdan qorunmaq üçün inkişaf edən müdafiə mexanizmidir, lakin sağlam münasibətlərin qurulmasına mane olur.

"Həm sevgi manyası, həm də filofobiya başqaları ilə münasibətdən çox, bizim daxili konfliktlərimizi ortaya qoyur. Sevgi manyası – tərk edilmə qorxusunu, tanınmaq və təhlükəsizlik ehtiyacını göstərir. Filofobiya isə başqa cür həssaslığı – nəzarəti itirmək qorxusunu göstərir", – psixoloq yekunlaşdırır.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar