Futbol üzrə Argentina milli komandasının keçmiş baş məşqçisi Sezar Luis Menotti 85 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi barədə məlumat verilməyib.
Menotti 1974-cü ildən 1983-cü ilə qədər Argentina milli komandasına rəhbərlik edib, 1978-ci ildə Argentinanı dünya çempionu edib.
O, 1983-1984-cü illərdə "Barselona"da İspaniya kubokunu, Liqa kubokunu və İspaniya Superkubokunu başı üzərinə qaldırıb.
O, Argentinanın “Boka Xuniors”, “İndependyente”, “Rosario Sentral”, İtaliyanın “Sampdoriu”, İspaniyanın “Atletiko” və Meksika klublarında da məşqçı kimi fəaliyyət göstərib.