Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski şəhərinin Ryazantsevo – Qorki – Smolenskoye – Şuşkovo avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər, o cümlədən yeniyetmə qız həlak olub.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin region üzrə idarəsi məlumat yayıb.
“Mayın 5-də, saat 20:00 radələrində Pereslavl-Zalesski şəhər dairəsində Ryazantsevo – Qorki – Smolenskoye – Şuşkovo avtoyolunda yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, QAZ 31105 avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Yol-nəqliyyat hadisəsi nəticəsində üç sərnişin yerindəcə keçinib: 1961-ci il təvəllüdlü, 2005-ci il təvəllüdlü kişilər, habelə 2011-ci il təvəllüdlü qız. 1998-ci il təvəllüdlü sürücü isə tibb müəssisəsinə aparılsa da, orada vəfat edib”, – məlumatda diqqətə çatdırılıb.
Bundan başqa, iki sərnişin xəsarət alıb: 2006-cı il təvəllüdlü gənc xəstəxanaya, 2009-cu il təvəllüdlü yeniyetmə ambulator müalicəyə göndərilib.