Elşad Abdullayev “Amerikanın səsi” nə məktub yazıb
10 yanvar 2013 13:04 (UTC +04:00)

Elşad Abdullayev “Amerikanın səsi” nə məktub yazıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru “Amerikanın səsi” radiosuna məktub yazıb.

 

Lent.az-ın “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev məktubunda Rövşanə Əliyevaya cavab verir.

 

Rövşanə Əliyeva ilə bağlı iki dəfə videogörüntü yayımladığını bildirən Elşad Abdullayev onu qardaşı Mahir Abdullayevin işi ilə bağlı tanıdığını, ona qədər bu insanla heç bir tanışlığı olmadığını qeyd edib. Elşad Abdullayev Rövşanə Əliyevanın heç vaxt ona ABU-ya işə düzəlmək üçün müraciət etmədiyini, Mahirin oğurluq işində onunla iş adamı Arzu Kazimov və Daxili İşlər Nazirinin birinci müavini general-mayor Zahid Dünyamalıyev arasında vasitəçilik etdiyini yazıb.

 

O, bu görüşlərə Səbirə adlı bacısının iştirak etməsi barədə Rövşanə  Əliyevanın dediklərini də yalan adlandırıb: “Video görüntülər də  təsdiq edir ki, mənim Rovşanə ilə görüşlərimdə bacım iştirak etməyib, ümumiyyətlə, mənim Səbirə adlı bacım yoxdur. Bu görüşlərdə mənimlə birlikdə qardaşım Eldəniz iştirak edib, əsas şahid oldugu ücün onu da zəhərləyib öldürməyə cəhd etdilər”.

Elşad Abdullayev iddia edib ki, Rövşanə Əliyeva zəhərlənib öldürülə biləcəyini dərk edir və bu səbəbdən tez-tez cəmiyyətə mesajlar verir.

 

Elşad Abdullayev məktubunda bir sıra vəzifəli şəxslərə qarşı ittihamlar da irəli sürür, o cümlədən iş adamı Arzu Kazımovun yaxın qohumu Sabir Hüseynovu öldürməkdə də suçlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2773
avatar

Oxşar yazılar