
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması may ayının 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.
Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Oxşar yazılar

37 dərəcə isti olacaq - Sabahın HAVASI
22 avqust 2025 , 12:16
Rus məktəblərində tarix fənni Azərbaycan dilində keçiriləcək
22 avqust 2025 , 12:14
Saxta profillə sosial şəbəkədə təhqir edənlərin cəzası nədir? - CAVAB
22 avqust 2025 , 11:36
Qırğızıstanda Azərbaycan dili dərsləri keçiriləcək - VAKANSİYA VAR
22 avqust 2025 , 11:21
Anemiyanın qarşısını necə almaq olar? – Həkim DANIŞIR
22 avqust 2025 , 11:06
Baş Prokurorluq Laçında konfrans keçirir
22 avqust 2025 , 11:05
Kamran Əliyevin Laçın konfransında çıxışı - FOTO
22 avqust 2025 , 10:40