Azərbaycanlı idmançı Ukraynada faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, kempo-karate növü üzrə məşğul olan Toğrul İbrahimli yaşadığı binanın pəncərəsindən yıxılaraq, dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun oğludur.