Bu ilin 10 ayı ərzində 716 sahibkar cərimələnib
18 noyabr 2013 11:57 (UTC +04:00)

Bu ilin 10 ayı ərzində 716 sahibkar cərimələnib

0

“Bu ilin 10 ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzini tərəfindən 716 sahibkara cərimə tətbiq olunub. 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 iş istintaq orqanına verilib, 20 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb”. Bunu Lent. az-a açıqlamasında GEM-in sektor müdiri İmran Abdullayev bildirib. Sektor müdiri onu da vurğulayıb ki,  Mərkəzin yerli qurumları tərəfindən təkcə oktyabrda 38 sahibkar inzibati qaydada cərimə olunub: “Bundan başqa, ötən ay respublika üzrə əhali arasında 71 qida zəhərlənməsi olub ”.

 

Vətəndaşlar tərəfindən Mərkəzə şikayətlərin daxil olduğunu deyən İ. Abdullayev onu da vurğulayıb ki, ötən ay 10-a yaxın şikayət daxil olub: “Hər bir şikayət tərəfimizdən araşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar