“Son illər ərzində Azərbaycanda 2000-dən çox təhsil müəssisəsi yenidən tikilib və yaxud əsaslı təmir edilib. Yalnız bu il 144 təhsil ocağı yenidən tikilib, 13 mövcud olan təhsil müəssisəsində yeni korpuslar yaradılıb, 115 məktəbə əsaslı bərpa edilib. Bakı şəhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramına nəzərdə tutulmayan 164 məktəb bu yay mövsümündə təmir edilib”. Lent.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı Ali Neft Məktəbində tələblərlə keçirilən görüşdə deyib. O bildirib ki, son illər Azərbaycanda görülən işlər ölkədə neft kapitalının insan kapitalına çevrilməsinin bariz nümunəsidir. Nazir müavininin sözlərinə görə, neftin insan kapitalına çevrilməsinin ən düzgün tərəfi təhsildir və təhsilə olan xüsusi qayğı bunu göstərir: “Azərbaycan dövlətinin təhsilə ayırdığı investisiyaya əsasən, 6 ildir ki, Azərbaycan gəncləri xaricdə təhsil almağa göndərilir. Yalnız 2012-ci il daxil olmaqla bu proqramdan 1825 gənc faydalanıb, onlardan 525-i məzun olub. Amma bu qeyd edilənlər hamısı strateji yox, taktiki məqsəddir. Strateji məqsəd Azərbaycan təhsilində lazımlı mühit yaratmaq, ali təhsil müəssisələrinin səviyyəsinin dünya standartlarına gətirib çıxarmaqdır”.
C. Bayramov qeyd edib ki, Azərbaycanda mövcud olan təhsil müəssisələri daima dövlətin diqqətindədir. Onun sözlərinə görə, son yaradılan ali təhsil müəssisələrinə beynəlxalq mütəxəssislərin, xarici tərəfdaşların marağı artmaqdadır: “Bir çox xarici tərəfdaşlar əməkdaşlıq etməyə maraqlıdırlar. Aparıcı beynəlxalq səviyyəli mütəxəssislər bu ali təhsil ocaqlarına üz tuturlar. Bu da Azərbaycanda yeni yaradılan ali təhsil ocaqlarında münbit şəraitdən xəbər verir”.

Bu il 144 təhsil ocağı tikilib
Oxşar yazılar

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI
15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
15 iyul 2025 , 09:31
Böyük qələbələrin astanasında olan BÜRCLƏR: Həyat tezliklə dəyişəcək
15 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
15 iyul 2025 , 08:19
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi
15 iyul 2025 , 08:14
Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46