BMT: Azərbaycanda qız qıtlığı var
10 yanvar 2013 11:07 (UTC +04:00)

BMT: Azərbaycanda qız qıtlığı var

Asiyada demoqrafik balans ciddi şəkildə pozulub. Lent.az-ın “mignews.som” saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin Əhali Məskunlaşması üzrə Fondunun hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, Cənubi, Cənub-Şərqi və Mərkəzi Asiyada qadınların sayı kişilərdən minimum 170 milyon nəfər azdır. Əgər əvvəllər Asiya ölkələrində qızlardan ya imtina edilib, ya da sadəcə, qızlar öldürülübsə, hazırda hamiləlik dönəmində körpənin cinsini müəyyənləşdirmək mümkün olduğu üçün abort geniş yayılıb. BMT Asiya ölkələrində bu formada abortun geniş yayılmasını yolverilməz diskriminasiya və zorakılıq kimi dəyərləndirib, mühakimə edib.

 

 

Konkret ölkələrə gəlincə, seçilmiş abort üsulu nəticəsində kişi və qadın cinsi arasında ən ciddi disbalans dünyada əhalinin ən çox yaşadığı iki ölkədə – Hindistan və Çində müşahidə olunur. BMT Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda da narahatlıq doğuran tendensiyanın qeydə alındığını vurğulayıb. Cənubi Qafqaz ölkələrində hər 130 oğlana 100 qız düşür. BMT bu ölkələrin dövlət orqanlarını və cəmiyyətlərini bu kimi hallara qarşı mübarizə aparmağa çağırıb.

 

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə təbi artımla bağlı göstəricilər hələ açıqlanmayıb. 2011-ci ildə i kişi və qadın cinsi üzrə doğuşa gəlincə, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2011-ci ildə Azərbaycanda 94 min 696 nəfər oğlan, 81 min 376 nəfər qız dünyaya gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar