Bakının mərkəzi yollarından biri bağlandı
24 dekabr 2012 10:37 (UTC +04:00)

Bakının mərkəzi yollarından biri bağlandı

Bakının mərkəzi yollarından biri bağlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində, Puşkin küçəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Yol polisindən bildirilib ki, Puşkin küçəsindən Neftçilər prospektinə doğru nəqliyyatın hərəkəti qeyri-müəyyən vaxtadək məhdudlaşdırılıb. Səbəb isə Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikilməsi və dayanacağın Puşkin küçəsi ilə birləşdirilməsidir.

 

Yol polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Nizam Rza

Oxşar yazılar