Bakının bəzi yollarında hərəkət dayandırılacaq  - SİYAHI
26 dekabr 2012 12:08 (UTC +04:00)

Bakının bəzi yollarında hərəkət dayandırılacaq - SİYAHI

Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin Bakıya rəsmi səfəri ilə əlaqədar dekabrın 26-27-də bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması müəyyən fasilələrlə baş verəcək.

 

Heydər Əliyev hava limanından Heydər Əliyev prospektinə doğru, Yusif Səfərov küçəsində, “Neftçilər”, “Azadlıq” prospektlərində, “Azneft” meydanında, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəsul Rza, Rəşid Behbudov, Koroğlu Rəhimov, Ceyhun Hacıbəyli, Səməd Vurğun, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində, Hüseyn Cavid və Parlament prospektlərində (Şəhidlər Xiyabanı və Fəxri Xiyaban ətrafı) nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

 

Bundan başqa bu gün və sabah Mərdəkan dairəsi – Buzovna - Zuğulba yolunda da nəqliyyatın hərəkəti müəyyən vaxtlarda dayandırılacaq.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2516
avatar

Nizam Rza

Oxşar yazılar