Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 4-5-ci km olan hissəsində (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O deyib ki, yolun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar bağlanıb.