Azərbaycanın bəzi yollarına qar yağıb - XƏBƏRDARLIQ
10 yanvar 2013 11:02 (UTC +04:00)

Azərbaycanın bəzi yollarına qar yağıb - XƏBƏRDARLIQ

Yanvarın 9-u axşam saatlarından etibarən Azərbaycanın bir sıra rayonlarına qar yağır. “Azəryolservis” ASC-dən Lent.az-a bildirilib ki, Bakı-Qazax magistralının Gəncə-Qazax hissəsinə 5-10, Gəncə-Daşkəsən yoluna 20, Şəmkir Gədəbəy yoluna isə 20-25 santimetr qar düşüb. Həmin yollar cəmiyyətin texnikalarının köməyi ilə gecə saatlarından mühafizəyə götürülüb və yolun bağlanmasına, hərəkətin çətinləşməsinə səbəb ola biləcək hal yaranmayıb.

 

Bundan başqa Ələt-Astara, Bakı-Rusiya sərhədi, Şamaxı-İsmayıllı yolları da açıqdır. Həmin yollarda lazımı qədər texnika və digər materiallar toplanıb.

 

“Azəryolservis ASC” sürücülərdən nəqliyyat vasitələrinə qış iqlim normalarına uyğun vəziyyətə gətirmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3494
avatar

Nizam Rza

Oxşar yazılar