Azərbaycanda uşaqlara yeni peyvənd vurulacaq
09 yanvar 2013 13:47 (UTC +04:00)

Azərbaycanda uşaqlara yeni peyvənd vurulacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq təşkilatlar Azərbaycanda pnevmoniyanın vəziyyəti ilə bağlı araşdırma aparır və bu ilin sonlarında Azərbaycanın səhiyyə sahəsində yeni peyvənd tətbiq olunacaq.

 

Bu barədə APA-ya respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib.

 

O bildirib ki, 2013-cü ildə gözlənilən ən effektli tədbirlərdən biri olacaq pnevmokok infeksiyasına qarşı peyvəndin tətbiqinə hazırlıq mərhələsi aparılır. N.Quliyevin sözlərinə görə, 2013-cü ilin sonu və ya 2014-cü ildən əvvəlindən Azərbaycanda pnevmoniya törədən pnevmokoklara qarşı peyvənd tətbiq ediləcək: “Bununla əlaqədar tədqiqat üzrə hazırlıq işləri görülür. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə Azərbaycanda pnevmoniyanın hansı pnevmokokların hansı stereotipləri tərəfindən daha çox rast gəlindiyi dəqiqləşdirilir. Proseslə əlaqədar hazırıq mərhələsi aparılır. Bu ilin sonu, gələn ilin əvvəlində peyvənd təqviminə pnevmokok infeksiyasına qarşı peyvənd əlavə ediləcək. Hazırda ölkədə “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı” davam edir. Bu tədbirlər proqramı sahəsində də əsas məqsəd odur ki, peyvənd təqviminə aid olan bütün xəstəliklərə qarşı materiallar vaxtında ölkəyə gətirilsin və pulsuz paylanılsın. Hazırda Azərbaycanda peyvənd materialları ilə əhatə 100 faizdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar