Sentyabrın 9-dan başlayaraq Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibindən Lent.az-a verilən məlumata görə, sentyabrın 14-dən 21-dək davam edəcək olimpiya oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək.
Rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan nazir Azad Rəhimov Belçikaya yola düşüb.
Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları ərəfəsində Belçikanın Lommel şəhəri Bakı şəhəri ilə sıx əlaqələrə əsasən 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Ən maraqlı məqamlardan biri Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibəti ilə orada abidənin açılış mərasiminin keçirilməsi olacaq. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.
Lommel şəhərində ölkəmizin və Bakı-2015 Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkil olunması və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək.

Azad Rəhimov Belçikaya gedib
Oxşar yazılar

SOS: Azərbaycanda uşaqlar arasında COVID yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 , 11:40
Pensiyaçılara ŞAD XƏBƏR: Pullar bu tarixdə ödəniləcək
21 iyul 2025 , 10:57
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 iyul 2025 , 08:22
Bu BÜRCLƏR ölümcül səhv etmək riski altındadır: vacib məsləhətlər
21 iyul 2025 , 00:02
5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
20 iyul 2025 , 22:53
Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51