
AQTA Bakıdakı məşhur dönərxanada araşdırmalara başladı
Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.
Lent.az-ın "trend"ə istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".
AQTA vətəndaşlardan xahiş edir ki, onlarda istehlak etdikləri qida məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə yaranarsa, bununla bağlı Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat versinlər.
Xatırladaq ki, sosial şəbəkələrdə adıçəkilən dönərxanada 2 nəfərin zəhərlənməsi il bağlı məlumat yayılıb.
Oxşar yazılar

İyulun ortalarında dönüş nöqtəsi başlayacaq: 4 BÜRC üçün şad xəbər
16 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00