Ağstafa–Poylu-Gürcüstan dövlət sərhədi yolunun tikintisi yekunlaşır
22 noyabr 2013 11:30 (UTC +04:00)

Ağstafa–Poylu-Gürcüstan dövlət sərhədi yolunun tikintisi yekunlaşır

0

Ağstafa–Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 59 kilometrdir.  26 kilometri asfalt-beton, 33 kilometri isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb. 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq süni qurğuların tikintisi, torpaq işləri və 56 km məsafədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. Hazırda beton küveytlərin tikintisi, çiyin hissələrinin yolun səviyyəsinə qaldırılması, yol nişanlarının qoyulması və qalan ərazidə asfalt-beton işləri gedir. Yolun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

 

Qeyd edək ki, sözügedən yol Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də  Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 906

Oxşar yazılar