(R) Azercell-dən Azərbaycanın internat evlərinə məktəbli sevinci
17 sentyabr 2013 17:34 (UTC +04:00)

(R) Azercell-dən Azərbaycanın internat evlərinə məktəbli sevinci

Bu il Azərbaycanda ilk dəfə məktəbə qədəm qoyan yüz minlərlə uşaq həyatının ən həyəcanlı anlarını yaşayır. Azercell Telekom Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə bu həyəcanı qayğı və diqqətə daha çox ehtiyacı olan uşaqlarla bölüşür.


Yeni dərs ilinin başlanğıcı ilə əlaqədar həyata keçirilən sosial layihə çərçivəsində Bakı və regionlar daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün  dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edilir.

Azercell hər zaman gələcəyimiz olan uşaqların dəstəyinə istiqamətlənmiş layihələrə xüsusi önəm vermişdir. Artıq neçə illərdir ki, Azercell-in dəstəyi ilə yaradılmış Mobil Diş və Mobil Göz klinikaları pulsuz xidmət göstərərək  Bakı və regionlardakı uşaq evlərinə səfər edir. Azercell Telekom, həmçinin, Uşaq Qaynar Xəttinin fəaliyyətini də dəstəkləyir.

Həyata keçirdiyi bu layihə vasitəsilə də Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləyərək onların yeni başlamış təhsil həyatına öz töhfəsini gətirmiş olur.  

 Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161

Oxşar yazılar