“Təhsil sahəsində yeniliklərin tətbiqi dəqiq müəyyənləşdirilməlidir”
08 yanvar 2013 18:47 (UTC +04:00)

“Təhsil sahəsində yeniliklərin tətbiqi dəqiq müəyyənləşdirilməlidir”

Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının digər sahələrlə yanaşı, təhsil sektorunun da hərtərəfli inkişafına təkan verəcəyini bildirib.  Nazir Təhsil Problemləri İnstitutunda təhsil sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzuların araşdırıldığını qeyd edib. İnstitut direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib.

 

Sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov bir sıra tədqiqat mövzuları barədə məlumat verib, əldə olunmuş nəticələri diqqətə çatdırıblar.

Təhsil naziri sonda Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müəyyənləşdirilməsi ilə bağlı təkliflərini nəzərə çatdırıb və daha dolğun tədqiqatların aparılması üçün digər maliyyə imkanlarından da yararlanmağın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Oxşar yazılar