
Dayanacaqlar taksilərin “işğalından” xilas ediləcəkmi? – RƏSMİ AÇIQLAMA
Məlumdur ki, paytaxtın mərkəzi ərazilərinin əksəriyyətindəki dayanacaqlarda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xidmət aparır. Onlar avtobus dayanacaqlarında taksi və digər şəxsi minik avtomobili saxlayan sürücülərə 40 manat cərimə tətbiq edirlər. Ancaq təəssüf ki, avtobus dayanacaqlarında problemlər hələ də qalmaqdadır.
Məsələn, müşahidələrimizə görə, “Sahil” metro stansiyasının yaxınlığındakı və Kukla teatrı ilə üzbəüz dayanacaqları, xüsusilə axşam saatlarında taksi sürücüləri zəbt edirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Lent.az-a dayanacaqlara agentlik əməkdaşlarının nəzarət etməsini müsbət hal kimi dəyərləndirməyib. Onun fikrincə, ilk növbədə həmin əməkdaşların işə götürülməsi lazımdır:
“Əslində yaxşı olardı ki, bizim və yollara nəzarət edən digər qurumların da əməkdaşları olmadan sürücülər qaydalara əməl edəydilər. Bunu çox arzulayırıq. Əlbəttə, hər bir dayanacağa bir əməkdaşın nəzarət etməsi nə düzgün, nə də mümkün deyil. Hər şeydən əvvəl bunun üçün əməkdaş işə götrürülməlidir. Hazırda qanunsuz parklanma ilə bağlı tədbirlər həm kameralar, həm də xidmətdə olan əməkdaşların planşeti vasitəsilə həyata keçirilir. Avtobus dayanacaqlarının ərazisi yalnız ictimai nəqliyyat üçündür. Dayanacaqların əksəriyyətinin yanında taksilər üçün də yerlər var. Lakin apardığımız müşahidə nəticəsində məlum olub ki, avtobus dayanacaqlarında maşın saxlayan sürücülərin əksəriyyəti qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardır. Bəzi hallarda şəxsi avtomobili olan sürücülər də maşını gətirib avtobus dayanacağında saxlayırlar. Bütün bunların hamısı sürücü peşəkarlığı və mədəniyyətindən irəli gəlir”.
BNA sözçüsünün dediklərindən belə nəticəyə gəlmək olur ki, bəzi avtobus dayanacaqlarında müşahidə olunan problem yaxın zamanda həllini tapmayacaq.
Oxşar yazılar

Buraxılış imtahanının nəticələri açıqlandı, 11 nəfər kəsildi
17 aprel 2025 , 14:50
Azərbaycanda qadının öz yumurtalarını satması QANUNSUZDUR – Müsahibə
17 aprel 2025 , 13:16
Sabah Qaxın 26 kəndində qaz olmayacaq
17 aprel 2025 , 13:13
Niyə bayram süfrəsi arxasında belə telefondan imtina etmək çətindir – ARAŞDIRMA
17 aprel 2025 , 13:10
Hava isinir - Sabahın PROQNOZU
17 aprel 2025 , 12:50
Daha 3 şəhidin qalıqları 30 il sonra tapıldı
17 aprel 2025 , 12:28
Başını kəsmə, boşa! – Burhanların tüğyanı
17 aprel 2025 , 11:24