Son günlər avtomagistrallarda Azərbaycanın işğal olunmuş rayonlarına qədər olan məsafəni əks etdirən məlumatverici lövhələr quraşdırılır. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu aydan başlayaraq, Bakı dairəvi avtomobil yolunda, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi magistralının avtomobil yolunun müxtəlif hissələrində işğal olunmuş rayonlar və həmin rayonlara qədər məsafələri göstərən lövhələr quraşdırılıb.
Bakı-Qazax yolunun 70, 71, 130, 140, 150, 170, 200-cü kilometrliyində, həmin yolun Yevlax-Gəncə və digər hissələrində belə lövhələr qoyulub. P.Mürsəliyev qeyd edib ki, Bir neçə ay əvvəl el arasında Yevlax-Bərdə yolu kimi tanınan Yevlax-Xocalı-Laçın yolu yenidən qurulandan sonra həmin yolda belə lövhələr qoyulub.
Yaxın gələcəkdə digər magistrallarda da belə məlumatverici lövhələrin qoyulması nəzərdə tutulur.

Yollardakı yeni məlumat lövhələri ilə bağlı rəsmi açıqlama
Oxşar yazılar

Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək BÜRCLƏR: siz onlardansınız?
30 iyul 2025 , 01:02
Din xadimi üç qızını zorladı, biri deyir: "Bu ritual idi"
29 iyul 2025 , 19:59
Bu tarixdə doğulanların ruhani gücü var
29 iyul 2025 , 18:57
Gizli gücü olan nüfuzlu BÜRCLƏR
29 iyul 2025 , 18:21
İsti hava bu tarixədək davam edəcək
29 iyul 2025 , 16:53
Sabah bu insanlar üçün çox əlverişsiz hava olacaq
29 iyul 2025 , 16:46
Bu rayonun 9 kəndində qaz kəsiləcək
29 iyul 2025 , 15:57