“Hazırda Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri biometrik pasportların verilməsi üçün lazımi avadanlıqlarla təchiz edilib. Bundan sonra artıq vətəndaşlar biometrik pasportları Daxili İşlər Nazirliyinin müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində əldə edə bilərlər”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu ilin sentyabr ayının 1-dən etibarən respublikada biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. Bu işin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirildiyini deyən İ. Kərimovun sözlərinə görə, ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində də icra olunacaq. Beləliklə, vətəndaşlar biometrik pasportları DİN-in müvafiq məntəqələri ilə yanaşı, artıq "ASAN xidmət" mərkəzlərindən də əldə edə biləcəklər.

Oxşar yazılar

Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56