“12 əcnəbi ailə Azərbaycandan övladlığa uşaq götürmək istəyir”
09 yanvar 2013 18:34 (UTC +04:00)

“12 əcnəbi ailə Azərbaycandan övladlığa uşaq götürmək istəyir”

Azərbaycanda 2012-ci ildə 8 uşaq xarici ailələrə övladlığa verilib. Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova deyib. O bildirib ki, keçən il övladlığa verilən uşaqların 6-sı qız, 2-si oğlan olub. V.Möhsümovanın sözlərinə görə, 2012-ci ildə 8 uşaqdan 6-sı Rusiyada yaşayan azərbaycanlılar, 1 uşaq türk əsilli ABŞ vətəndaşı, 1 uşaq isə müsəlmanlığı qəbul edən Avropa ailəsi tərəfindən övladlığa götürülüb.

 

Şöbə müdiri qeyd edib ki, hazırda övladlığa uşaq götürmək üçün müraciət edənlər çoxdur: “Onların sənədləri komitə tərəfindən araşdırılıb. Bütün sənədləri düzgün olan ailələrin sayı 12-dir. Hazırda bu 12 ailə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qeydiyyatdadır. Bunların arasında Rusiya, Avropa ölkələri və Amerikadan olan ailələr üstünlük təşkil edir”.

 

Qeyd edək ki, 2011-ci ildə də Azərbaycandan 8 uşaq xarici ailələrə övladlığa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894
avatar

Oxşar yazılar