
7500-dən çox əlil reabilitasiya vasitəsi ilə təmin edilib
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2788 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib. Onlardan 329 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub. Bu barədə Lent.az-a ƏƏSMN-dən bildirilib.
Məlumata görə, qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 356 əlil arabası, 262 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1699 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 46 korset, 479 cüt protez ayaqqabı, 1253 cüt ortopedik ayaqqabı, 298 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 678 qoltuqaltı və dirsəkaltı ağac, 489 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin birinci rübündə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 7583 reabilitasiya vasitəsi verilib, 178 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Oxşar yazılar
Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47
Milli Qəhrəman Hökümənin ailəsi Kəlbəcərə köçdü
21 avqust 2025 , 14:17