Vikipediyadan şəhid məlumatlarını bunlar silib  - ADLAR
15 sentyabr 2024 01:13 (UTC +04:00)

Vikipediyadan şəhid məlumatlarını bunlar silib - ADLAR

Bir neçə gün əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Vikipediyadan Vətən Müharibəsi şəhidləri ilə bağlı məlumatların kütləvi olaraq silinməsi barədə məlumat yayıb.

Lent.az xəbər verir ki, Fərid Pərdəşünas sosial şəbəkədə status paylaşaraq bu işi görənlərin Vikipediyadakı bir qrup azərbaycanlı aktivist olduğunu qeyd edib. 

 Bu gün isə Rey Kərimoğlu şəhidlərimizin məqalələrini silənlər və sildirənlərin adlarını açıqlayıb.

 O, sosial şəbəkədə yazdığı statusda qeyd edib ki, "Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” - bu şifrələrdə gizlənən adlar əslində Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə olublar

" Onlar qaçıb gizlənəndə həmyaşıdları Qarabağda qəhrəmanlıq göstərib, düşmənin başına od ələyib, şəhidliyə yüksəlib, Şuşanı, Xocalını, Xankəndini azad edib. Amma bu Vətənin havasını udan, suyunu içən, çörəyini yeyən Ayxan, Cəlal, Nəriman, Cavid kimi Vikipediya adminləri erməni dairələrinin sifarişləri ilə bu qəhrəman şəhid balalarımıza dair minlərlə məqalələri silib, sonra bir min bəhanə ilə hərəkətlərinə guya haqq qazandırmağa çalışır. Haram olsun! Bəhruz Səmədov kimiləri ermənilərə qucaq açanda onun “Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” kimi dəstəsi də milli xəyanət yolunda olmalı idi. İndi xəbər alıram ki, Azərbaycanla yanaşı, Türkiyənin Vikipediyasında da azərbaycanlı şəhidlər barədə məlumatlar silinir. Bu bədbəxtlər elə bilir ki, onların adlarını silməklə, tarixi silə biləcəklər. Sentyabr ayı Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının yazıldığı aydır, Vətən müharibəsinin başlaması, “Qisas əməliyyatı”, 19-20 sentyabr antiterror əməliyyatı məhz bu ayda baş verib".

Baş verənlərdən sonra Ayxan Ziyadzadə Vikipediya adminliyindən istefa verməsi barədə sosial mediada yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5502
avatar

Oxşar yazılar