Uşaqların smartfonlardan istifadəsi  korluğa   səbəb ola bilər
18 mart 2024 22:40 (UTC +04:00)

Uşaqların smartfonlardan istifadəsi korluğa səbəb ola bilər

Uşaqlar smartfon tipli mobil telefonlarla çox vaxt keçirdikləri üçün görmə qabiliyyətini ciddi şəkildə poza, hətta korluqla üzləşə bilərlər.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədqiqatlar göstərir ki, İngiltərədə uşaqlar arasında miyopiya (yaxını görmə) son 50 ildə iki dəfə artıb. İndi 15-16 yaşlı uşaqların dörddə birindən çoxu yaxındangörmə qabiliyyətinə malikdir.

Oftalmoloqlar bunu indiki uşaqların smartfonlarla çox vaxt keçirmələri ilə əlaqələndirirlər.

Uşaqlar mobil telefona yaxından baxanda özlərini yorur, gündüz vaxtı açıq havada uzaqdakı obyektlərə diqqət yetirməyə kifayət qədər vaxt sərf etmirlər.

Ekstremal şəraitdə miyopiya korluq da daxil olmaqla ciddi problemlərə səbəb ola bilər. Ancaq bu, nadir halda baş verir və əsasən yüksək miyopiya mərhələyə çatdığı hallarda baş verir.

# 2982
avatar

Oxşar yazılar