Telefonlardakı hava proqnozları nə qədər DOĞRUDUR?   - RƏSMİ AÇIQLAMA
17 noyabr 2022 20:15 (UTC +04:00)

Telefonlardakı hava proqnozları nə qədər DOĞRUDUR? - RƏSMİ AÇIQLAMA

İnsanları demək olar ki, gün ərzində ən çox maraqlandıran məsələ hava proqnozunun necə olmasıdır. Hidrometeoroloji Proqnozlar Bürosu hər günün hava proqnozu açıqlasa da, insanların əksəriyyəti havanı istədikləri vaxt mobil telefondan izləyirlər. Heç kəsə gizlin deyil ki, insanların çoxu da elə smartfonlardakı proqnozlara inanır.

Bəs, düzgünlüyünə inandığımız telefon proqnozu nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, telefonda göstərilən hansısa ölkə tərəfindən hazırlanan proqnozdur: 

“Bu proqram istehsalçıların hazırladığı rəqəmsal tətbiqdir. Onlardan ötürülən məlumatları nazirlik yaymır. Ancaq həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar üst-üstə düşmür. Mobil telefonlardakı hava proqnozu çox vaxt real vəziyyəti əks etdirmir.

Müxtəlif elektron qurğularda, telefonlardakı hava proqnozları hidrometeoroloqlar tərəfindən hazırlanmır. Telefonda göstərilən hansısa ölkənin hazırladığı proqnozdur. Müxtəlif ölkələrin verdiyi proqnozlardır, bunun düzgünlüyünə təminat vermirik”.

# 6714
avatar

Fidan İlqar

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55