Təhsil işçilərinin peyvəndlənməsinin ikinci mərhələsi başladı
31 mart 2021 11:05 (UTC +04:00)

Təhsil işçilərinin peyvəndlənməsinin ikinci mərhələsi başladı

Martın 31-dən təhsil işçilərinin peyvəndlənməsinin ikinci mərhələsinə başlanılıb.

Lent.az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. O qeyd edib ki, peyvəndləmə prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur. Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu il martın 3-dən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş peyvəndləmə prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan peyvəndləmə prosesində fəal iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Oxşar yazılar