TƏBİB-ə ünvanlanan hansı müraciətə baxılmır? – CAVAB
24 iyul 2024 12:24 (UTC +04:00)

TƏBİB-ə ünvanlanan hansı müraciətə baxılmır? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu TƏBİB-ə ünvanlanan müraciətlərlə bağlıdır.

Maraqlıdır, görəsən, TƏBİB-ə ünvanlanan hansı müraciətə baxılmır?

Lent.az
xəbər verir ki, TƏBİB-ə olan müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli, təhqir və böhtana yol verilməməlidir.

Müraciətdə təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə baxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Arzu Qurbanlı

Oxşar yazılar