Tanımadığınız şirkətlərdən tur paket almayın!  XƏBƏRDARLIQ
06 oktyabr 2021 16:22 (UTC +04:00)

Tanımadığınız şirkətlərdən tur paket almayın! XƏBƏRDARLIQ

Baş Prokurorluq dələduzluqla məşğul olan turizm şirkətlərinə xəbərdarlıq edib.

Qurumdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, son zamanlar ölkə ərazisində turizm şirkətlərinin sayı artmaqdadır:

"Həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər.

Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik.

Baş Prokurorluq saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Mehman Nəbiyev

Oxşar yazılar