Polis və Daxili Qoşunların hərbi qulluqçuları “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”dən irəli gələn tədbirlər davam etdirir.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, nazirlik diqqətə çatdırır ki, sərnişinlərlə sürücünün fiziki təmasının məhdudlaşdırılması üçün nəqliyyat vasitələrində şəffaf, hava keçirməyən arakəsmələr quraşdırılmalı, şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda oturmalıdırlar.
İctimai nəqliyyat vasitələrinin, o cümlədən, taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır.