"Şparqalka"dan AĞLAGƏLMƏZ  istifadə üsulları - Dırnağa yazmaq, saata çevrilən kağız...
07 aprel 2022 17:17 (UTC +04:00)

"Şparqalka"dan AĞLAGƏLMƏZ istifadə üsulları - Dırnağa yazmaq, saata çevrilən kağız...

İmtahanlar nəzarət nə qədər güclü olsa da yenə “şparqalka"lardan istifadəyə rast gəlirik. Hətta yeni texnoloji vasitələrlə yoxlama keçirilsə də, nəzarətçilər gözlərini “dörd açsalar” da hansısa abituriyent və ya tələbə xüsusi “fərasət” göstərib şparqalkadan köçürə bilir. Bu məsələyə ən çox semestr imtahanlarında rast gəlirik.

Mövzu ilə bağlı Lent.az-a danışan təhsil eksperti Kamran Əsədovun məsələyə xüsusi yanaşması var. O düşünür ki, imtahanın qış aylarında olması zala şparqalka keçirməyi daha da asanlaşdırır:

“DİM Azərbaycanda vahid imtahan keçirən qurum olaraq kifayət qədər şəffaflığı ilə göz önündədir. Hesab edək ki, hər il imtahanlarda iştirak edənlər arasında neqativ hallara yol verməyə cəhdlər olur. İmtahan binasına qədər yoxlamalar olsa da, biz bir neçə meyarı nəzərdən qaçırırıq.

Hazırda soyuq aylar olduğu üçün insanların üzərində qalın üst geyimləri var. Bəzən imtahan binasına giriş zamanı bu geyimləri yoxlamaqla bağlı problemlər olur. Yəni imtahan iştirakçıları qış geyimlərinin müəyyən hissələrinə həmin texniki avadanlıqları, elektron resursları yerləşdirirlər. Və imtahan zamanı bundan istifadəyə cəhd edirlər. Dünyanın bütün ölkələrində keçirilən imtahanlarda bu kimi texniki avadanlıqlarından istifadələr müşahidə olunur. Təbii ki, xoşagəlməz bir haldır. 
İmtahan qış aylarında keçirilməsi köçürməyə şərait yarandan amillərdəndir”.

Deməli bu “şparqalka"ların ömrü texnologiyanın inkişafı ilə sona çatacaq. Amma hər nə olursa olsun, istifadə edənlər var.

Bəs belə halların qarşısını almaq üçün DİM-in imtahanlara təyin etdiyi nəzarətçilər nə üçündür? 

DİM-dən hər dəfə bildirilir ki, imtahanlarda iştirak edən şəxslər illərin nəzarətçiləridir.

Əgər nəzarətçi imtahan verən şəxsdə hər hansı şparqalka görüb, bunu görməzlikdən gəlirsə, onun cəzalandırılması halı da var. Bu cəza tədbiri həm nəzarətçinin, həm də imtahan verənin daha diqqətli olmasına təkan verir. 

Bu mövzu barədə dünyada köçürmə üsullarında ən məşhurlarını araşdırdıq.

Onları sizə təqdim edirik:

1.Dırnaqlara yazmaq (qələmlə xırda-xırda mətn yazmaq)

2.Yazılı ayaqqabılar (ağ ayaqqabının üzərinə imtahanda lazım olan vacib informasiyaları qeyd etmək)

3.Ağıllı eynək (informasiyanı yaddaş kartına köçürüb eynəyə qoşmaq)

4.Saat görüntülü kağız (saatın içərisini çıxarıb, yazılı məlumatı qeyd etmək)

5.Ağıllı qələmlər (qələmin içərisinə yazılı vərəq qoymaq)

6.Su markası kimi dizayn edilən butulkalar

7.Yara bandının imtahanda məlhəm olması (yara bandının altına vərəq qoymaq)

Belə... Şparqalka ilə imtahanı yola verən şəxslər sevinməsin. Bir müddət sonra, hətta aylar keçdikdə onun imtahan nəticələri xüsusi texnologiya vasitəsi ilə bir-bir araşdırılır. Bunu edən texnologiya və xüsusi kompüter proqramlarının hansı olduğunu isə hələlik yazmırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7514

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29