Sığınacağa yerləşdirilən azyaşlının nənəsi Rusiyada TAPILDI  - RƏSMİ
20 oktyabr 2021 12:13 (UTC +04:00)

Sığınacağa yerləşdirilən azyaşlının nənəsi Rusiyada TAPILDI - RƏSMİ

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb. 

Bu barədə Lent.az-a qurumun mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib:

“Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır. 

Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq”. 

Xatırladaq ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dünən bu barədə məlumat yayaraq bildirmişdi ki, azyaşlının anası müvəqqəti baxılması üçün qızını dayəyə versə də, 8 gün ərzində ondan məlumat alına bilinməyib. Bu səbəbdən də dayə azyaşlını sığınacağa gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar