8 yaşlı uşaq
19 oktyabr 2021 17:43 (UTC +04:00)

8 yaşlı uşaq

Uşağını dayəyə verərək yoxa çıxan ananın axtarışlarına BAŞLANILDI - YENİLƏNİB

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

***

15:45

"Dayə 8 gün saxladığı uşağın anasının gəlmədiyini görüb sığınacağa gətirib".

Bu barədə Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O bildirib ki, dayənin dediklərinə görə, 8 yaşlı qızın anası müvəqqəti baxması üçün övladını ona verib:

"Və bildirib ki, sabah gəlib götürəcək. Ancaq anadan xəbər çıxmayıb. Ananın nə üçün uşağı gəlib götürmədiyi məlum deyil. Bəlkə də başına hansısa iş gəlib".

M.Zeynalova qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyəti qurumlara məlumat verilib:

"Hazırda isə uşaq sığınacaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9330
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar