Səs yazısı yayılan məktəb direktoru DİNDİRİLDİ
06 yanvar 2023 14:30 (UTC +04:00)

Səs yazısı yayılan məktəb direktoru DİNDİRİLDİ

Xəbər verdiyimiz kimi, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynovanın şagird və valideynlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. 

Məsələ ilə bağlı Lent.az-a Goranboy-Naftalan təhsil sektorunun müdiri Xəyal Məmmədov açıqlama verib. 

O bildirib ki, məsələ ilə bağlı direktorun izahatı alınıb:

"Bizdə olan məlumata görə, səs yazısı keçən tədris ilinə aiddir (2021-2022-ci il). Bununla bağlı araşdırmamız davam edir.  Direktorun izahatını almışıq. Vəfa Hüseynova həm də məktəbin "8a" sinfinin rəhbəri vəzifəsindədir.

Sizin vasitənizlə şagird və müəllimlərə demək istəyirəm ki, Naftalan şəhər 1 saylı məktəbin bazasında 845 qutu A4 vərəqi var. Valideynlərdən xahiş edirəm ki, belə bir hal bir daha baş verərsə, bizə müraciət etsinlər". 

# 2556
avatar

Fidan İlqar

Oxşar yazılar