Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.
Lent.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. O, 65 yaşında dünyasını dəyişib.
R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, portretçi rəssam kimi tanınıb. İsmayılov son illərdə Bakının Nizami küçəsində turistlərin portretini çəkirdi.
Xatırladaq ki,mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət əvvəl isə onun ayağı amputasiya olunmuşdu.