“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri
28 avqust 2025 21:20 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub.

Lent.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın rəqibləri bəlli olub.

IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri I səbətdən "Çelsi", "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" komandaları olub.

"Qarabağ"ın III səbətdəki rəqibləri "Ayaks", "Napoli", IV səbətdəki rəqibləri isə "Atletik" və "Kopenhagen" komandaları olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar