Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Kənd sakini 55 yaşlı İsayev Malik Xanlar oğlu anası 87 yaşlı Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.
S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.