Məşhur “Goal” portalı UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə qələbəyə əsas namizədlərin reytinqini tərtib edib.
Lent.az xəbər verir ki, siyahının zirvəsində Fransa təmsilçisi PSJ qərarlaşıb. İlk beşliyə həmçinin “Barselona”, Madridin “Real”ı, Londonun “Arsenal”ı və “Liverpul” daxil olub. Qazaxıstanın “Kayrat”ı və Azərbaycanın “Qarabağ”ı müvafiq olaraq 35-ci və 36-cı yerlərdə qərarlaşıblar.
Top-10 favorit belədir:
1. PSJ
2. Barselona
3. Arsenal
4. Liverpul
5. Real Madrid
6. Bavariya
7. Çelsi
8. Mançester Siti
9. İnter
10. Tottenhem
Hazırkı Çempionlar Liqasının qalibi Pari Sen-Jermen-dir. Paris klubu ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə darmadağın edib. Qeyd edək ki, parislilər həmçinin UEFA Superkubokunu da qazanıblar, finalda “Tottenhem”lə 2:2 hesablı heç-heçədən sonra penaltilərdə 4:3 üstün olublar.