Onların 1 saniyəsi 1 saat kimidir - HEYRƏTLƏNƏCƏKSİNİZ
28 avqust 2025 20:02 (UTC +04:00)

Onların 1 saniyəsi 1 saat kimidir - HEYRƏTLƏNƏCƏKSİNİZ

Sürət heyvanlar aləmində çox vaxt üstünlük sayılsa da, bəzi canlılar var ki, lənglik onların əsas xüsusiyyətinə çevrilib. Bu canlıların hərəkətləri o qədər zəifdir ki, bəzən fərqinə varmaq belə çətindir.

Lent.az xarici mediaya istinadən həmin heyvanlar barədə məlumat verir.

Quruda yaşayanlar

Ərincək(Sloth) – Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayan bu heyvan saatda cəmi 24 metr hərəkət edir. Vaxtının çox hissəsini ağaclarda sallaq vəziyyətdə keçirir.

Nəhəng tısbağa – Qalapaqos adalarının uzunömürlü sakinləri saatda 32 metr yol gedirlər. Onlar 100 ildən çox yaşaya bilir və təbiətin dözümlülüyünün simvolu sayılır.

Gila canavarı – Dünyanın nadir zəhərli kərtənkələlərindən biri olan bu sürünən Amerika səhralarında yaşayır və saatda cəmi 64 metr hərəkət edir.

Suda

Yaşıl dəniz tısbağası – saatda 2,4 km sürətlə üzə bilir, suda yaşayan ən yavaş iri canlılardan biridir.

Dəniz atı – cəmi 16 metr/saat sürətlə hərəkət edir və ləngliyi sayəsində ətrafla qarışaraq düşmənlərdən gizlənir.

Nudibrank (dəniz dovşanı) – rəngarəng görünüşü ilə tanınan bu dəniz ilbizləri yosunlarla qidalanarkən son dərəcə yavaş hərəkət edirlər.

Dəniz ulduzu – boru ayaqları ilə yavaş irəliləyir, çox vaxt hərəkəti gözlə sezilmir.

Nəhəng istiridyə (Oyster) – qayalara bərkidilmiş halda yaşayır və demək olar ki, hərəkətsizdir.

Səmada

Meşə çulluğu– cütləşmə mövsümündə uçuş sürəti saatda cəmi 8 km-ə çatır və bu, quşlar arasında ən yavaşı hesab olunur.

Digər ləng canlılar

Ləng loris – Cənub-Şərqi Asiyada yaşayan bu primat öz adına uyğun olaraq çox ləng hərəkət edir. Onun zəhərli dişləməsi yırtıcılardan qorunmasına kömək edir.

Banan şlakı – Şimali Amerikanın rütubətli meşələrində rast gəlinir və saatda 10 metr sürətlə hərəkət edir. Bitki qalıqlarını parçalayaraq ekosistemdə mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324

Oxşar yazılar