Çoxlu "miyoldayan"  pişiyin sahibəsi cərimələndi
28 avqust 2025 15:37 (UTC +04:00)

Çoxlu "miyoldayan" pişiyin sahibəsi cərimələndi

Fransada bir qadın pişiyinin qatarda dəfələrlə “çox ucadan miyoldaması” səbəbilə 110 avro cərimələnib. Sakitliyi pozan pişiyin adı Mone olub və onun üçün ayrıca bilet də alınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ağ pişik Mone sahibi Kamilla və onun gənc dostu Pyerlə birlikdə səyahət edib. Lakin xoş bir səfər əvəzinə, Kamilla ciddi məbləğdə cərimə ilə üzləşib.

Qatar sərnişinlərindən biri Mone adlı pişiyin “çox ucadan miyoldadığından” şikayət edib və bələdçi tərəddüd etmədən sahibəsinə 110 avro məbləğində cərimə yazıb.

Ev heyvanı qaydalara uyğun olaraq xüsusi daşıyıcıda səyahət edib və hətta onun üçün 7 avroluq ayrıca bilet də alınıb.

Bretan bölgəsindəki Vann şəhərindən Parisə hərəkət edən sürət qatarında tətbiq olunan bu cərimə Fransa dəmir yolu sisteminin “çox sərt qaydaları” barədə mübahisələrə səbəb olub. Dövlət dəmir yolu operatorunun tərəfdarları bu qərarı sakitliyin qorunması üçün düzgün addım adlandırsa da, tənqidçilər cəzanın həddindən artıq sərt olduğunu vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar