Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.
- Bu gün bir sıra imtahanlar keçiriləcək - SİYAHI
- Bakıda sıxlıq olan yollar açıqlandı - SİYAHI
- Külək güclənəcək - Sabahın HAVASI
Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.