Sabah yollarda görünüş çətinləşəcək - XƏBƏRDARLIQ
20 may 2023 18:42 (UTC +04:00)

Sabah yollarda görünüş çətinləşəcək - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dumanla əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

# 1707
avatar

Oxşar yazılar