Sabah yağış yağacaq, güclü külək əsəcək -  HAVA PROQNOZU
15 may 2022 12:21 (UTC +04:00)

Sabah yağış yağacaq, güclü külək əsəcək - HAVA PROQNOZU

Mayın 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıdagecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

# 11760
avatar

Oxşar yazılar