Sabah hava necə olacaq? - PROQNOZ
09 avqust 2022 12:28 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsasən qərb rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

# 2514
avatar

Oxşar yazılar