Sabah  33 marşrutun   istiqaməti dəyişdirilir
25 iyun 2022 14:16 (UTC +04:00)

Sabah 33 marşrutun istiqaməti dəyişdirilir

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüşü keçiriləcək.

Bakı şəhəri İcra Hakimiyyəti başçısı yanındda Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, iyunun 26-da yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 saylı marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

# 2325
avatar

Mehman Nəbiyev

Oxşar yazılar