Ramazan ayının təqvimi açıqlanıb.
Lent.az-ın Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbərinə görə, bu il Ramazan ayı aprelin 14-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.
Təqvimdə Ramazan ayının Qədr gecələri də açıqlanıb. Belə ki, mayın 1-də (Razamanın 18-ci günü) ilk Qədr gecəsi olacaq. Eyni zamanda, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.
Günay Elşadqızı