Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB
11 dekabr 2023 13:17 (UTC +04:00)

Qızılcanın hansı əlamətləri var? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu qızılcanın simptomları ilə bağlıdır.

Maraqlıdır, görəsən, qızılcanın hansı simptomları var?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova Lent.az-a açıqlamasında bildirib ki, qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətlərlə müşahidə olunur.

Onun sözlərinə görə, xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərə səbəb ola bilər:

"Səpgilər ardıcılıqla, əvvəlcə üzdə, bədəndə, sonra qol və ayaqlara yayılır. Bu proses əsasən 4 gün davam edir. Səpgilər solduqca uşaqlarda qızdırma da aşağı düşür. Öskürək təxminən 10 gün davam edir. Yüksək qızdırma (38-40 °C) xəstəliyin 4-8 günlərində olur. Böyüklərdə isə səpgilər uşaqlara nisbətən daha az olur. Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır. Lakin bəzi hallarda daha uzun müddət tələb olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39672
avatar

Arzu Qurbanlı

Oxşar yazılar